Coffee & Meet #8: Shopify Ekosistemi və App Dünyası
Proqram təminatı dünyasında kofemizi içib həm öyrənəcəyimiz, həm də şəbəkələşəcəyimiz növbəti görüşümüzə hazırsınız? Bu dəfə hədəfimiz qlobal e-ticarət nəhəngi olan Shopify-dır!
Sizi Shopify ekosisteminin dərinliklərinə enəcəyimiz, tətbiq (app) hazırlamağın sirlərini və bu sahədəki imkanları müzakirə edəcəyimiz maraqlı bir görüşə dəvət edirik.
🎙️ Spikerimiz:
Həşim Həşimov – Adcash şirkətində Team Lead. Həşim bəy Shopify platformasında həm fərdi layihələr, həm də genişmiqyaslı tətbiqlər üzrə zəngin təcrübəyə malik peşəkardır.
🔍 Müzakirə Mövzuları:
-
Shopify Ekosistemi: Platformanın arxasında duran texniki struktur necə işləyir?
-
Shopify Apps: Public və Custom tətbiqlər arasındakı fərqlər.
-
Developer Stack: Liquid-dən GraphQL-ə, Polaris-dən Node.js-ə qədər lazım olan alətlər.
-
Market imkanları: App Store-da uğurlu məhsul necə yaradılır?
-
Real Təcrübə: Shopify app inkişaf etdirərkən qarşıya çıxan çətinliklər və həll yolları.